BAKI, 5 sentyabr. TELEQRAF
BİLƏSUVAR, 5 sentyabr. TELEQRAF
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın cənub bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Elçin Yaşar oğlu Cabbarovu vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.