BAKI, 20 iyul. TELEQRAF

Rusiya Silahlı Qüvvələri gün ərzində Ukrayna limanlarına və ordu ilə əlaqəli gəmilərə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Gün ərzində Rusiya Silahlı Qüvvələri Ukrayna limanlarına və Ukrayna Silahlı Qüvvələrinin maraqları naminə yerləşdirilən gəmilərə zərbələr endirməyə davam edib", - deyə məlumatda qeyd olunur.

Hücuma məruz qalan hədəflər arasında Odessa vilayətindəki Çornomorsk limanındakı hərbi yük anbarları da olub.

"Odessa vilayətindəki Çornomorsk limanında hərbi yüklərin boşaldılması və saxlanması üçün istifadə olunan liman infrastrukturu obyektləri vurulub", - məlumatda qeyd olunur.