BAKI, 20 iyul. TELEQRAF

Endi Börnham Böyük Britaniyanın Baş naziri kimi ilk telefon zəngini ABŞ Prezidenti Donald Trampa edib.

Teleqraf xəbər verir ki, Baş nazirin ofisi hələlik söhbətin məzmunu barədə məlumat yaymayıb.

Endi Börnham 20 iyul günortadan sonra baş nazir vəzifəsini icra etməyə başlayıb. O, millət vəkillərinin təzyiqi altında istefa verməyə məcbur olan Keir Starmeri əvəz edib.