BAKI, 17 iyul. TELEQRAF
ABŞ-nin İrana son hücumları nəticəsində ölənlərin sayı 38-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur "X" sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, 400-dən çox insan yaralanıb.
Kermanpur vurğulayıb ki, səhər saatlarına qədər Amerika hücumları nəticəsində yaralananların sayı 400-ü keçib və 38 nəfər həlak olub. O, ölənlər arasında üç qadın və bir uşağın olduğunu deyib. Bundan əlavə, 22 qadın və doqquz uşaq yaralanıb.