BAKI, 2 iyul. TELEQRAF
Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu Brüsseldə keçirilən brifinqdə bildirib.
"Səfər çərçivəsində Ursula fon der Lyayen sammitin işində iştirak etməklə yanaşı, tədbir çərçivəsində təşkil olunacaq müdafiə sənayesi forumunda da çıxış edəcək",- o qeyd edib.