BAKI, 9 iyun. TELEQRAF
Rusiya və Belarus İttifaq dövlətinin müdafiəsi üçün bütün vasitələri, o cümlədən nüvə silahını işə salmağa hazırdır.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə müsahibəsində bildirib.
M. Qaluzin qeyd edib ki, Rusiya Federasiyası və Belarusun silahlı qüvvələri ilə təhlükəsizlik orqanları arasındakı qarşılıqlı fəaliyyət formaları daim təkmilləşdirilir:
"Hər iki ölkə İttifaq dövlətinin təhlükəsizliyini təmin etmək üçün nüvə silahı da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə etmək qətiyyətindədir".