BAKI, 2 iyun. TELEQRAF

Tehran nüvə silahları ilə bağlı Amerika tələblərini yerinə yetirərsə, Vaşinqton administrasiyası İranla aktivlərinin dondurulmasının ləğvini müzakirə edə bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin dinləmələrində bildirib.

Onun sözlərinə görə, Sanksiyalar nüvə proqramına görə tətbiq olunur: "Beləliklə, əgər onlar nüvə sahəsində tələb etdiyimizi etsələr - uranı zənginləşdirməyi dayandırsalar, zənginləşdirilmiş uran ehtiyatlarını ləğv etsələr - düşünürəm ki, dondurulmuş aktivləri müzakirə etmək üçün şərait yaranacaq. Nə qədər çox etsələr, bir o qədər çox şey əldə edəcəklər. Biz hələlik bu barədə onlarla müzakirə aparmırıq".