BAKI, 30 may. TELEQRAF

İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi aviazərbələr nəticəsində 2 fələstinli ölüb, 5 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, yaralananlar arasında uşaqlar da var.

Hücumlar pilotsuz təyyarələrlə həyata keçirilib.

Bildirilir ki, atəşkəs razılaşmasının qüvvəyə minməsindən bəri İsrailin hücumları nəticəsində təxminən 922 fələstinli həlak olub, 2786 nəfər yaralanıb.