BAKI, 29 may. TELEQRAF
"Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan arasında Astanada ayrıca görüş nəzərdə tutulmayıb. Lakin onlar arasında Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti ərəfəsində dialoq baş tuta bilər".
Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib:
"Təkbətək görüş planlaşdırılmır, amma istəsələr, kənarda gözəl söhbət edə bilərlər".