BAKI, 11 iyul. TELEQRAF

Gürcüstan Daxili İşlər Nazirliyinin yüksək vəzifəli məmuru İosif (Soso) Siqua istefa verib.

Teleqraf xəbər verir ki, o, həyat yoldaşının şikayəti üzrə məişət zorakılığında ittiham olunur. İstintaqın qərarı ilə ona elektron qolbaq taxılıb.

İosif Siqua bir müddət öncə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.

Onun həyat yoldaşı Sofio Siqua-Şatberaşvili ərinin onu dəfələrlə öldürməklə hədələdiyini, başına silah dirədiyini bildirib. Onun sözlərinə görə, zorakılıq hamiləlik dövründə də davam edib və əri onu iz qoymadan vurmağa çalışıb.

Siquaya qarşı 21 fevralda rəsmi mühafizə ordeni verilib.

İosif Siqua bütün ittihamları rədd edərək qadının ona böhtan atdığını bildirib.