BAKI, 29 may. TELEQRAF

Avropa İttifaqı Rusiyaya məxsus pilotsuz uçuş aparatının Rumıniyada yaşayış binasına çırpılmasından sonra Moskvaya qarşı təzyiqləri gücləndirəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib.

O, Rusiyanın hərbi təcavüzünün daha bir qırmızı xətti keçdiyini və hadisənin birbaşa Aİ ərazisində baş verdiyini vurğulayıb. Komissiya rəhbəri Rumıniya ilə tam həmrəy olduqlarını və ittifaqın şərq sərhədlərində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyini diqqətə çatdırıb.

U.fon der Lyayen rəsmi Brusselin Moskvaya qarşı növbəti məhdudiyyətlər üzərində işlədiyini bəyan edib: "Biz artıq Rusiya əleyhinə 21-ci sanksiya paketini hazırlayırıq".