BAKI, 27 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uranın Rusiya və ya Çinə ixrac edilməsi ideyasına qarşı çıxıb.

Teleqraf xəbər verir ki, o, Ağ Evdə keçirilən kabinet iclasında bu məsələ ilə bağlı suala cavab olaraq deyib: "Xeyr, mən bundan məmnun olmazdım, mən bunu istəməzdim".