BAKI, 27 may. TELEQRAF
İslam inqilabı liderinim baş müşaviri Əli Əkbər Vilayəti bildirib ki, ABŞ ilə mümkün olan hər hansı bir razılaşmanın əsas və əsl qarantı Hörmüz boğazı üzərində nəzarətdir.
Teleqraf xəbər verir ki, Vilayəti özünün X sosial media səhifəsində yazıb: "İranın qırmızı xətti aydındır. Bu dəfə sənədlər və imzalar zəmanət deyil. Makedoniyalı İsgəndərdən və Çingiz Xandan tutmuş Donald Trampa qədər bütün işğalçılar nəticədə İran sivilizasiyası tərəfindən həzm ediliblər. Milli özünüdərk və suverenlik neft dollarları ilə satın alına bilməz".