BAKI, 27 may. TELEQRAF
Ağ Ev İran dövlət mediasının anlaşma memorandumunun layihəsinin hazırlanması ilə bağlı xəbərlərini qəti şəkildə təkzib edib və onları tamamilə uydurma adlandırıb.
Teleqraf xəbər verir ki, Ağ Evin sosial media hesabında verilən açıqlamada deyilir: "İranın nəzarətində olan media qurumları tərəfindən verilən bu məlumat həqiqətə uyğun deyil və onların dərc etdiyi memorandum tamamilə uydurmadır. Heç kim İran dövlət media qurumlarının yaydığı məlumatlara inanmamalıdır. Faktlar önəmlidir".
Xatırladaq ki, daha əvvəl İran dövlət televiziyası layihə sənədinin Amerika silahlı qüvvələrinin İrana bitişik bölgələrdən çıxarılmasını və İran limanlarının dəniz blokadasının qaldırılmasını nəzərdə tutduğunu açıqlamışdı.
Vaşinqton dəfələrlə Prezident Donald Trampın blokadanı qaldırmağa hazır olduğunu açıq şəkildə bildirib, lakin bu, yalnız İranın Hörmüz boğazından ticarət gəmilərinin maneəsiz tranzitinə zəmanət verməsi şərtilə baş verib.