BAKI, 27 may. TELEQRAF

Avropa İttifaqı (Aİ) İsrailə qarşı sanksiyalar tətbiq etməyəcək.

Teleqraf xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever deyib.

"Düşünürəm ki, İsrailə qarşı Avropa sanksiyaları heç vaxt olmayacaq”, - De Vever deyib.

Belçika mətbuatının məlumatına görə, ölkə adətən İsrailə qarşı mümkün sanksiyalar və hərbi cinayətlərlə bağlı Aİ Şurasında aparılan müzakirələrdə fəal mövqe tutmur.

Mediada yayılan məlumatlarda Belçikanın İsrailə qarşı sanksiyaların qəbulunu əngəlləyən Aİ üzvü ölkələr sırasında göstərildiyi qeyd olunur.