BAKI, 16 may. TELEQRAF

Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Ukraynada “Mindiç” adlı kasetlərin yayılmasından sonra yaranan korrupsiya qalmaqalını şərh edib.

Teleqraf xəbər verir ki, bu barədə o, TASS-a açıqlamasında bildirib.

N.Azarovun sözlərinə görə, ölkə rəhbərliyinin yaxın çevrəsi ciddi şübhələr altındadır.

Keçmiş baş nazir həmçinin Andrey Yermakın həbsi məsələsinə toxunaraq bildirib ki, bütün əsas qərarlar və beynəlxalq səfərlər onun vasitəsilə həyata keçirilib.

"Andrey Yermak fırıldaqçıdır. Yaranmış vəziyyətdə Volodimir Zelenskinin istefa verməsinin məqsədəuyğun olduğunu hesab edirəm. Bu şəraitdə ona kimin etibar edəcəyini bilmirəm”, – deyə o əlavə edib.