BAKI, 5 may. TELEQRAF

"Heç kim ABŞ-nin İran limanlarına daxil olan və çıxan gəmilərin blokadasına etiraz etməyəcək. Biz Tehranın maliyyə sisteminin çökəcəyinə ümid edirik".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

"Blokada əla idi. Bu, polad parçası kimi idi. Heç kim blokadaya meydan oxuya bilməyəcək. İranlılar oyun oynayırlar, amma sizə deyim ki, onlar razılaşmaq istəyirlər və ordu tamamilə məhv edildikdə kim istəməz ki?"

Tramp həmçinin İranın maliyyə sisteminin çökməsini istədiyini açıq şəkildə bildirib.

"Düşünürəm ki, hər şey bizim fəaliyyətimiz nəticəsində uğursuzluğa düçar olur. Ümid edirəm ki, uğursuzluğa düçar olar. Bilirsən niyə? Çünki mən qalib gəlmək istəyirəm", - deyə Tramp əlavə edib.