BAKI, 27 aprel. TELEQRAF
Estoniya Daxili İşlər Nazirliyi ölkədə müvəqqəti yaşayan Rusiya və Belarus vətəndaşlarının daşınmaz əmlak almasını qadağan edən qanuna düzəlişlər hazırlayıb.
Teleqraf xəbər verir izahedici qeydə əsasən, düzəlişlərin məqsədi düşmən dövlətlərin və ya onların nəzarətində olan şəxslərin daşınmaz əmlakdan kəşfiyyat, Estoniyaya qarşı təsir fəaliyyəti və ya təxribat əməliyyatları üçün istifadə etmək imkanlarını məhdudlaşdırmaqdır.
Qadağa Estoniyada daimi yaşayan rusiyalılara və belaruslulara təsir göstərməyəcək.
Məhdudiyyət Rusiya və Belarus şirkətlərinə, eləcə də Rusiya və Belarus vətəndaşlarının benefisiar sahibləri olduğu hüquqi şəxslərə şamil ediləcək.