BAKI, 27 aprel. TELEQRAF

Azərbaycanda olmuş monqolustanlı jurnalistlər səfər təəssüratlarını ölkənin müxtəlif media platformalarında dərc etdikləri materiallarda bölüşüblər.

Teleqraf xəbər verir ki, “Urug” nəşrində dərc olunan materialda müəllif Cənubi Qafqazın lider dövləti olan Azərbaycanı “Odlar Yurdu” adlandıraraq, ölkənin iqtisadi qüdrəti, mədəni zənginliyi və sürətli inkişafı barədə ətraflı məlumat verib.

Müəllif paytaxt Bakının müasir memarlığını, təmizliyini və Avropa şəhərlərini geridə qoyan infrastrukturunu xüsusi vurğulayıb.

Azərbaycanın dünyəvi dövlət modelinə toxunan monqolustanlı jurnalist ölkə əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, burada tam sekulyar və tolerant bir cəmiyyətin mövcud olduğunu bildirib.

"Ulaanbaatar News" nəşrinin əməkdaşı da öz növbəsində Azərbaycana səfərindən aldığı zəngin təəssüratını bölüşüb.

O qeyd edib ki, səhər otelin pəncərəsindən açılan mənzərə ilə başlayıb: onun qarşısında qədim memarlıq binalarından ibarət şəhər panoraması açılıb. Səfər çərçivəsində o həmçinin Bakının hüdudlarından kənara çıxaraq Şəki və Qəbələni, eləcə də "Yanardağ" Dövlət tarix-mədəniyyət və təbiət qoruğunu ziyarət edib.

"Graph" nəşrinin jurnalisti isə bildirib ki, hər bir kəs Azərbaycanda Qobustanı və palçıq vulkanlarını şəxsən ziyarət edərək, onları öz gözləri ilə görməli və zəngin tarixləri ilə daha yaxından tanış olmalıdır.