BAKI, 14 aprel. TELEQRAF

İran və ABŞ arasında birbaşa danışıqların bu həftə yenidən başlaya biləcəyi ehtimal olunur.

Teleqraf xəbər verir ki, bu barədə Tehran Universitetinin tədqiqatçısı Məhəmməd İslami BBC-yə açıqlamasında deyib.

Məlumata görə, o, ABŞ-nin İran sahillərinə tətbiq etdiyi blokadanın diplomatik danışıqlara təzyiq vasitəsi kimi qiymətləndirildiyini bildirib.

İslaminin sözlərinə görə, blokada fonunda tərəflər arasında qeyri-rəsmi kanallar vasitəsilə diplomatik həll yolları müzakirə olunur.

Qeyd olunur ki, o, ABŞ-nin blokada yolu ilə Hörmüz boğazını nəzarətə götürə bilməyəcəyini və bu strategiyanın uzunmüddətli olmayacağını vurğulayıb.

Məlumata görə, İran hökuməti paralel olaraq Pakistan, Böyük Britaniya və Fransa ilə də danışıqları davam etdirir.

Ekspert əlavə edib ki, onun məlumatlarına əsasən, birbaşa danışıqların İslamabad və ya Cenevrədə yaxın günlərdə keçirilməsi mümkündür.