BAKI, 14 aprel. TELEQRAF

Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas ABŞ-nin Hörmüz boğazında atdığı addımların Aİ üçün tam aydın olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, BBC-yə müsahibəsində Vaşinqtonun konkret hansı tədbirləri həyata keçirdiyi ilə bağlı qeyri-müəyyənlik olduğunu deyib.

Məlumata görə, Kallas vurğulayıb ki, beynəlxalq gəmiçilik marşrutları açıq qalmalı və bu yolların istifadəsinə görə hər hansı ödəniş və ya vergi qanuni hesab edilməməlidir.

Qeyd olunur ki, o, enerji daşıyıcıları və gübrə daşımalarının məhdudlaşdırılmasının qlobal miqyasda ciddi nəticələrə səbəb olduğunu bildirib.

Kallas əlavə edib ki, Avropa digər ölkələrlə birlikdə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etməyə hazırdır, lakin bu, yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün olacaq.