BAKI, 10 aprel. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiyanın Xəzər dənizindəki iki qazma platformasına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"Qazma platformaları Xəzər dənizinin şimalında, döyüş xəttindən təxminən min kilometr məsafədə yerləşir və Rusiya ordusunun yanacaq və sürtkü yağları ilə təminatında mühüm halqadır".