BAKI, 9 aprel. TELEQRAF

Pentaqon rəhbəri Pit Heqset aprelin 8-də keçirilən brifinqdə İranın yeni ali lideri Müctəba Xameneinin ağır yaralandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Heqsetin sözlərinə görə, Xamenei vurularaq eybəcər hala salınıb: "İran sənayesi faktiki olaraq məhv edilib. ABŞ ordusu isə döyüşə tam hazır olduğunu bildirib".

Qeyd edək ki, İran tərəfi aprelin 4-də Xameneinin müalicə üçün Rusiyaya getməsi ilə bağlı məlumatların yalan olduğu açıqlanıb. Xəsarətlərin onun işinə mane olmadığı deyilib.