BAKI, 4 aprel. TELEQRAF

İsrail İrana sərt zərbələr endirməyə davam edəcək.

Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu videomüraciətdə bildirib.

"Bizə qarşı istifadə edilən silahlar üçün xammal kimi istifadə edilən polad istehsal gücünün 70 faizini məhv etdikdən sonra bu gün onların neft-kimya zavodlarına hücum etdik", - deyə o bildirib.

Netanyahu əlavə edib ki, polad istehsalı və neft-kimya İranın bütün dünyaya qarşı terror müharibəsini maliyyələşdirən əsas maliyyə mexanizmidir: "Söz verdiyim kimi, biz onlara zərbə endirməyə davam edəcəyik".