BAKI, 29 mart. TELEQRAF

Dağıstanın Xasavyurt rayonunun Adilyotar kəndinin sakinləri təxminən 500 evi su altında qoymuş daşqın səbəbindən təxliyə olunur.

Teleqraf xəbər verir ki, bu barədə "Telegram"da rayonun rəhbəri Baqautdin Mamayev bildirib.

O videomüraciətdə vəziyyətin ən kritik olduğu Adilyotar kəndinə getdiyini deyib. Hazırda 468 ev su altında qalıb və bütün əhali təxliyə olunur.

Mamayev vəziyyətin tam nəzarət altında olduğunu qeyd edib.

Dağıstanda yağan güclü yağışlar genişmiqyaslı elektrik və su kəsintilərinə, daşqınlara və nəqliyyatda fasilələrə səbəb olub. Mahaçqalada fövqəladə vəziyyət elan edilib və bütün bölgədə yüksək hazırlıq vəziyyəti elan edilib.