BAKI, 29 mart. TELEQRAF

ABŞ və İsrailin Tehranın şimal və qərb hissələrinə endirdiyi hava zərbələri nəticəsində mülki şəxslər arasında yaralananlar olduğu bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə Fars News Agency məlumat yayıb.

Agentliyin məlumatına görə, Tehran şəhərinin şimal və qərb hissələrində yerləşən yaşayış məhəllələrinə ABŞ və İsrail tərəfindən hava zərbələri endirilib. Nəticədə ən azı 12 nəfər yaralanıb.

Bildirilir ki, son hücumlar zamanı ondan çox mülki sakin müxtəlif xəsarətlər alıb.