BAKI, 29 mart. TELEQRAF

İran ordusunun İsrail istiqamətində növbəti raket buraxılışı həyata keçirdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

Agentliyin məlumatına görə, İran ordusu İsrail ərazisinə doğru növbəti raket zərbəsini həyata keçirib. Bildirilir ki, raketlər əsasən ölkənin cənub rayonlarını hədəf alıb.

Hücumun nəticələri və mümkün dağıntılar barədə hələlik əlavə məlumat verilməyib.