BAKI, 29 mart. TELEQRAF

İran paytaxtında ard-arda bir neçə güclü partlayışın baş verdiyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Tehran şəhərində bir neçə güclü partlayış qeydə alınıb. Bildirilir ki, partlayışlardan bəziləri SEPAH obyektlərindən birinin yaxınlığında baş verib.

Məlumata əsasən, iki partlayış şəhərin cənub hissəsində qeydə alınıb, eyni zamanda paytaxtın qərb sektorunda da güclü partlayış səsləri eşidilib.

Hadisə nəticəsində dəymiş ziyan və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.