BAKI, 29 mart. TELEQRAF
İran Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən tədqiqat mərkəzinin rəhbəri Əli Fuladvəndin hücum zamanı həlak olduğu bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, İranın qərbində yerləşən Borujerd şəhərinə İsrail və ABŞ tərəfindən həyata keçirilən hücum nəticəsində İran Müdafiə Nazirliyi yanında Müdafiə Araşdırmaları və İnnovasiyalar Mərkəzinə rəhbərlik edən Əli Fuladvənd həyatını itirib.
Telekanalın məlumatına əsasən, Fuladvənd martın 28-i səhər saatlarında baş verən hücum zamanı ölüb. İran rəsmiləri isə bu məlumatla bağlı hələlik rəsmi açıqlama verməyiblər.