BAKI, 29 mart. TELEQRAF
İsrail ordusu martın 28-də Tehrandakı hədəflərə qarşı gün ərzində üçüncü genişmiqyaslı zərbə seriyasını başa çatdırdığını bildirib.
Teleqraf xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələri (SAXAL) Tehrandakı obyektlərə qarşı genişmiqyaslı hücumların həyata keçirildiyini açıqlayıb.
Ordunun mətbuat xidmətinin bəyanatında qeyd olunub ki, gün ərzində üçüncü dəfə olaraq İran paytaxtına zərbələr endirilib.
Məlumata görə, hücumlar zamanı Tehranda İslam Respublikasına məxsus onlarla infrastruktur obyekti hədəfə alınıb.