İran Hörmüz boğazında Pakistan bayrağı altında üzən 20 gəminin keçidinə icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar bu barədə açıqlama verib.

"İran hökumətinin Hörmüz boğazından daha 20 Pakistan bayrağı altında üzən gəminin keçməsinə icazə verməyə razılıq verdiyi barədə gözəl xəbəri sizinlə bölüşməkdən məmnunam. Boğazdan hər gün iki gəmi keçəcək. Bu, İran tərəfindən konstruktiv bir jestdir və çox təqdirəlayiqdir. Bu, sülhün xəbərçisidir və regionda sabitliyə töhfə verəcək. Bu müsbət bəyanat sülhə doğru atılan mühüm addımı göstərir və bu istiqamətdə kollektiv səylərimizi gücləndirəcək. Dialoq, diplomatiya və oxşar etimad quruculuğu tədbirləri irəliləməyin yeganə yoludur", - deyə nazir qeyd edib.