BAKI, 27 mart. TELEQRAF
Rusiya qanunsuz sanksiyaların ləğvi ilə bağlı məsələləri müzakirə etmir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın “Frans Televizion” telekanalına müsahibəsində bildirib.
“Qanunsuz sanksiyaların ləğvi ilə bağlı məsələləri hətta müzakirə belə edə bilmərik. Onlar bizim üçün mövcud deyil, necə ki, vicdanlı tərəfdaşlarımız üçün də mövcud deyil”, - deyə nazir qeyd edib.