BAKI, 27 mart. TELEQRAF

"Tehran mümkün atəşkəs üçün öz təhlükəsizliyinə zəmanət, İsrail və ABŞ hücumları nəticəsində dəyən ziyana görə kompensasiya və Hörmüz boğazı üzərində suverenliyin qorunmasını şərt hesab edir".

Teleqraf xəbər verir ki, bu barədə TASS-a Avstriyadakı İran səfirliyindən məlumat verilib.

Diplomatik missiya qeyd edib ki, bizim mövqeyimiz aydındır: "İlk növbədə, bizə davamlı sülh lazımdır. Bu tamamilə əsassız müharibənin heç vaxt təkrarlanmayacağına dair zəmanətimiz olmalıdır. Ölkəmizə dəyən ziyana görə kompensasiya tələb edirik. Bütün regionunda davamlı sülhün bərqərar olmasını, eləcə də İranın Hörmüz boğazı üzərində suverenliyinin təsdiqlənməsini tələb edirik".