BAKI, 27 mart. TELEQRAF
Rusiya İranla ABŞ və İsrail arasındakı qarşıdurmada Tehrana kəşfiyyat məlumatları təqdim etmir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransanın “Frans Televizion” telekanalına müsahibəsində bildirib.
“Biz İrana müəyyən növ hərbi təyinatlı məhsullar tədarük etmişik, lakin onu kəşfiyyat məlumatları ilə dəstəklədiyimiz barədə ittihamlarla razılaşa bilmərik”, - deyə o qeyd edib.