BAKI, 25 mart. TELEQRAF

Kolumbiyada "Hercules C-130" hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 69-a çatıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin silahlı qüvvələri məlumat verib.

"Hercules C-130" təyyarəsi Kolumbiyanın cənubundakı Puerto Lequizamo bələdiyyəsində havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. "Caracol" televiziya kanalı tərəfindən yayımlanan video görüntülərdə təyyarənin yüksək hündürlüyə çatmadan endiyi görünür.

Qəzanın səbəbi hələ müəyyən edilməyib. Müdafiə Nazirliyi təyyarənin ölkədə fəaliyyət göstərən silahlı qruplardan biri tərəfindən vurulması ehtimalını istisna edib.