BAKI, 24 mart. TELEQRAF
Ukraynanın şərqindəki Xarkov vilayətinin Çuhuiv şəhəri yaxınlığında daha iki partlayış baş verib.
Teleqraf xarici KİV-ə istinadla xəbər verir ki, bölgədə hava hücumu xəbərdarlığı qüvvədə qalır.
Partlayışlar Vinnitsa, Dnepropetrovsk, Jitomir, Kiyev, Lvov, İvano-Frankivsk və Ternopolda qeydə alınıb. Xarkov vilayətindən əlavə, hazırda Lvov, Nikolayev, Ternopol və Sumı bölgələrində də sirenlər səslənir.