BAKI, 24 mart. TELEQRAF

ABŞ ordusu İrana qarşı əməliyyatın əvvəlindən bu günə qədər 9 mindən çox hədəfə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Bildirilir ki, əməliyyat çərçivəsində 9 mindən artıq döyüş uçuşu həyata keçirilib.

Məlumata əsasən, hücumlar nəticəsində 140-dan çox İran gəmisinə ziyan dəyib və ya onlar məhv edilib.

Qeyd olunur ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr Tehran da daxil olmaqla ölkənin iri şəhərlərinə endirilib.

Buna cavab olaraq İran İsrailə qarşı genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb. Eyni zamanda ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektləri də hücumlara məruz qalıb.