Nigeriyanın Niger ştatının Borqu rayonunda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində azı 8 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, partlayışın təsirindən dağılan körpüdə olan 8 nəfər hadisə yerində həlak olub.
Güc strukturları hadisə ilə bağlı antiterror əməliyyatına başlayıb.