BAKI, 23 mart. TELEQRAF

İsrail qoşunları Livanın cənubunda keçirilən əməliyyat zamanı şiə Hizbullah milisinin bir neçə üzvünü əsir götürüb.

Teleqraf xəbər verir ki, bu barədə ordu mətbuat xidməti məlumat yayıb.

"Şiə yaraqlılarına məxsus silahların axtarışı məqsədilə keçirilən reyd zamanı bir qrup şəxs saxlanılıb. Onlar hazırda dindirilmək üçün İsrailə aparılıblar. Onlarda çoxlu sayda silah və hərbi texnika götürülüb" - məlumatda qeyd olunur.