BAKI, 24 mart. TELEQRAF

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın onu İranla yeni razılaşma imkanları barədə məlumatlandırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə " The Times of Israel" saytı məlumat yayıb .

Netanyahu İsrailin hər hansı bir vəziyyətdə həyati əhəmiyyət kəsb edən maraqlarını müdafiə edəcəyini bildirib. .

O qeyd edib ki, bu gün (ötən gün) dostu Trampla telefon danışığı aparıb.

"Biz inanırıq ki, həyati maraqlarımızı qoruyacaq bir razılaşma əldə etmək üçün hərbçilərimizin gücündən istifadə etmək vacibdir. İndiki haıda İsrail İran və Livanı vurmağa davam edəcək. Biz raket və nüvə proqramlarını darmadağın edirik və Hizbullaha qarşı güclü zərbələr endiririk. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini öldürdük", - deyə Netanyahu qeyd edib.