BAKI, 23 mart. TELEQRAF

Hizbullahın kommunikasiya və koordinasiya rəhbəri Vafik Səfa Livanın müqavimət hərəkatının İsrail rejimi ilə uzunmüddətli müharibəyə hazır olduğunu və bir çox "sürprizlər" təqdim edəcəyini açıqlayıb .

Teleqraf xəbər verir ki, V.Səfa Hizbullahın İsrail rejimini məğlub etməyincə müharibəni dayandırmayacağını açıqlayıb. .

Bazar ertəsi günü yayımlanan açıqlamada Hizbullah Livanı müdafiə etmək üçün son 24 saat ərzində İsrailə qarşı 63 hücum əməliyyatı həyata keçirdiyini bildirib.

Əməliyyatlar sərhəd bölgələrində və ölkənin şimalında İsrail hərbi obyektlərinə, zirehli texnikalarına, bazalarına və qoşun yerləşdirmə mərkəzlərinə raket, dron hücumları və artilleriya atəşlərini əhatə edir.