BAKI, 23 mart. TELEQRAF
İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf xəbə verir ki, çağırışa səbəb Böyük Britaniyada iki İran vətəndaşının casusluq fəaliyyəti olub.
Böyük Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: "İran və onun əlaltılarının yaratdığı təhdidləri son dərəcə ciddi qəbul edirik. Hökumət Britaniya xalqını ölkə daxilində və xaricdə qorumaq üçün İranın sabitliyi pozan fəaliyyətlərini ifşa etmək də daxil olmaqla, bütün zəruri addımları atacaq".