BAKI, 24 mart. TELEQRAF

İran ABŞ tərəfindən vasitəçilər vasitəsilə təqdim olunan təklifləri araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "CBS News" telekanalı İran Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb. Bildirilir ki, Tehran Vaşinqtonun təkliflərini dolayı kanallar vasitəsilə əldə edib və hazırda onları nəzərdən keçirir.

Mənbənin sözlərinə görə, İran ABŞ-nin təkliflərini vasitəçilər üzərindən alıb və onlar araşdırılır.