BAKI, 24 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləmədiyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp jurnalistlərin ABŞ-nin İrandakı fəaliyyəti ilə Rusiyanın Ukraynadakı addımlarını müqayisə etməyi xahiş etməsinə cavab olaraq danışıb.

“Rusiyanın etdiklərinin tərəfdarı deyiləm”, - deyə o bildirib.

Qeyd olunur ki, daha əvvəl NATO-nun baş katibi Mark Rütte "CBS News" telekanalına müsahibəsində Trampın Ukrayna münaqişəsinin həllində mühüm rol oynadığını vurğulayıb.