BAKI, 19 mart. TELEQRAF
ABŞ federal məhkəməsi Donald Tramp administrasiyasının "Amerikanın Səsi" (VOA) beynəlxalq radio yayımçısının bağlanması qərarının qanunsuz olduğuna dair qərar verib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Hakim Roys Lambert media şirkətinin yenidən açılmasını və restrukturizasiya zamanı işdən çıxarılan işçilərin yenidən işə bərpa edilməsinə qərar verib. .
Məhkəmə kütləvi ixtisarların və bir il ərzində 1042-dən çox işçinin ödənişli inzibati məzuniyyətə göndərilməsinin kifayət qədər hüquqi əsas olmadan həyata keçirildiyini müəyyən edib.