BAKI, 20 mart. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrailin İrana endirdiyi zərbələr nəticəsində Xəzər dənizində İran Hərbi Dəniz Qüvvələrinə məxsus bütün gəmilər məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Netanyahu mətbuat konfransında çıxışı zamanı danışıb.

O iddia edib ki, İsrail və ABŞ İranın hərbi donanmasına müxtəlif bölgələrdə zərbələr endirib. Onun sözlərinə görə, İsrail Xəzər dənizində yerləşən donanmanı, ABŞ isə Fars körfəzindəki İran donanmasını məhv edib.

Baş nazir qeyd edib ki, bu əməliyyatlar İsrail və ABŞ-ın İranla bağlı həyata keçirdiyi hərbi fəaliyyət çərçivəsində baş tutub.