BAKI, 19 mart. TELEQRAF

Amerikalı müstəqil senator Berni Sanders İsrailə təxminən 660 milyon dollar dəyərində bomba satışını qadağan edən qanun layihəsi təqdim edib.

Teleqraf xəbər verir ki, Sanders senatorlar Kris Furqon Hollen, Jeff Merkley və Peter Velç ilə birlikdə İsrailə planlaşdırılan silah satışının qarşısını almaq üçün birgə qanun layihəsi hazırlayıb.

Sanders məsələ ilə bağlı yazılı açıqlamasında bildirib ki, Tramp administrasiyasının bu yaxınlarda satışını təsdiqlədiyi İsrailə 20 mindən çox bomba göndərilməsinin qarşısını almaq üçün digər senatorlardan dəstək axtarırlar.

"İsrailin ekstremist hökuməti Qəzza, İran və Livana hücumlar edir. Qanunsuz müharibəni dəstəkləmək üçün İsraili silahla təmin etməli deyilik", - deyə o bildirib.

ABŞ administrasiyası tərəfindən təsdiqlənmiş plana əsasən, İsrailə 22 000 bomba göndərilməlidir.