BAKI, 20 mart. TELEQRAF
BAKI, 20 mart. TELEQRAF
Bu gün Azərbaycanda 11 günlük bayram tətili başlayır.
Teleqraf xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı günləri müəyyən edilib.
21 və 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinin tələblərinə əsasən, 25 və 26 mart qeyri-iş günləri olacaq.
Martın 20, 21-i qeyd ediləcək Ramazan bayramı iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə növbəti iş günü istirahət günü hesab olunur. Beləliklə, Əmək Məcəlləsinin tələbinə əsasən, növbəti iş günləri - 27 və 30 mart da qeyri-iş günləri olacaq.
Bununla da Novruz və Ramazan bayramları ilə əlaqədar ölkəmizdə 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günləri olacaq.
31 mart isə bayramdan sonra ilk iş günü hesab edilir.