BAKI, 20 mart. TELEQRAF

İranın cənubunda yerləşən Buşehr əyalətinin Bürazcan şəhərindəki raket bazasının hava hücumuna məruz qaldığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Məlumata görə, İran ordusuna məxsus raket bazasının bombardmanı zamanı azı dörd partlayış baş verib. Hadisə Buşehr əyalətində yerləşən Bürazcan şəhərində qeydə alınıb.

Hücum nəticəsində mümkün zərər və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.