BAKI, 19 mart. TELEQRAF
Beynəlxalq fyuçers bazarlarında "Brent" markalı xam neftin qiyməti 110 dollar/bareldən aşağı düşüb.
Teleqraf xəbər verir ki, gün ərzində bareli 119,11 dollara qədər yüksələn "Brent" markalı xam neft saat 21:56-ya olan məlumata görə, 108,44 dollara satılıb.
Yaxın Şərqdə enerji infrastrukturuna edilən hücumlar nəticəsində yüksələn enerji qiymətləri ABŞ-nin müdaxiləsindən sonra tədricən aşağı düşməyə başlayıb.